Ağrıdır
Ağrı bilməz saz canımı,Bir incəbel can ağrıdır.Alıbdı din-imanımı,Kirpiyi peykan ağrıdır.
Nə yar kimi yarım olur,Üz çevirrəm gözü dolur.Bəyaz üzü birdən solur,Eyləyib heyran ağrıdır.
Kölgə kimi izləyirəm,Axtarıram söhbətə çəm.Top etməyir ağlını cəm,Verir mənə yan, ağrıdır.
Məmmədhüseynin nə günahı,Həsrət ilə çəkir ahı.Tab etmirəm bəsdir dahı,Eşqini az dan, ağrıdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/sair-memmedhuseyn-agridir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Huş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Qəzəl: Könül ixlas tutmaq bivəfa cananə müşküldürKönül ixlas tutmaq bivəfa cananə müşküldür,Həqiqət bilməyəndən dağ çəkmək cana müşküldür