Haqq-taalanın aslanısan,Doğru billəm, ya Əli!Kimsə bilməz sənin sirrin,Sirri-cansan, ya Əli!Qəriblərin pənahısan,Mehribansan, ya Əli!Abi-Kövsər saqisisən,Həm səxasan, ya Əli!

Getdin ol Merac üstünə,Haqqa salam eylədin.Sən xaliqsən, mən məxluqam,Ol Xudaya söylədin.Cəbrayıla ustad oldun,Tərifini eylədin.Ustadlara rəhmət gəldi,Şiri-Haqsan, ya Əli!

Məmmədhüseyn sənə qurban,Ya ərənlər sərvəri.Fəth etdin Kuhi puluçu,Neçə-neçə tilsimləri.Öldürdün Salsaltək şahı,Aldın o, Şəhrizarı.Kərəm eylə məhşər günü,Ağam sənsən, ya Əli!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love