Hərcayıya söz açarsan ədəbdən,İrişər, anlamaq huşuna gəlməz.Əyrilərin göz-başına döyməsən,Düz yola qayıtmaq guşuna gəlməz.

Nadanlar özünü arif sanarlar,Nə görüb-götürər, nə də qanarlar.Əməlləri açılanda danarlar,Nəsihət eşitmək xoşuna gəlməz.

Məmmədhüseyn, nadürüstdən qaçaq ol,Ellə dolan, ellə şadlan, xoş çağ ol.Arlıya ar, arsıza sərt bıçaq ol,Bir daha harfalar tuşuna gəlməz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice