Sənəmin
Gözəllərin gözəlidi,Var bu sədası Sənəmin.Sanasan gözəl imiş,Ata, anası Sənəmin.Düzülübdü sinəsinəQızıl düyməsi Sənəmin.Göllərin yaşılbaşlısıKürün sonası Sənəmin.
Bu gələn Sənəmdimi?Üstünün calalına bax.Geyinibdi tər libasıTirməsinə, şalına bax.Yanaqları gül yarpağı,Zənəxdanın xalına bax.Oynayıb gülməkdədirŞövqü, həvəsi Sənəmin.
Baxanda ala gözləriQəsd eləyir cana yəqin.Hər kim görsə gözləriniOlacaq divana yəqin.Düşübdü bu gen həyataBehiştdən nişana yəqin.Deyirsən bayram gülüdür,Əldə hənası Sənəmin.
Saatın xoş vaxtındaXəlq eləyib kərəm kanı.Görməmişəm belə gözəlÇox gəzmişəm bu dünyanı.Əgər görsə camalını,Tamarzı tapar imanı.Budur gəlir, ay Abdulla,Əldə töfhəsi Sənəmin.
Kitabxana.az · https://kitabxana.az/en/works/usta-abdulla-senemin
Use ← → keys to move, R for a random poem