Uca-uca dağ başındaYaz bir yana, qış bir yana.Titrəşir ağzım içindəDil bir yana, diş bir yana.

Nə edək, dəlilər, nə edək!Düşmanın bağrını didək!Xan Eyvaza kömək edək!Dörd bir yana, beş bir yana.

Hər nə oldu, mənə oldu,Qaynadı peymanım doldu,Gördün ki, düşmən güc gəldi,Qov bir yana, qaş bir yana.

Koroğlunun yox əlacı,Misirdən gəlir xəracı.Çəkəndə Misri qılıncı,Leş bir yana, baş bir yana!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets