Dağlar
Başının dolağı buz qatlarıdı,Ətəyin behiştdən gözəldi, dağlar.Atıbsan üstündən qarı, çovğunu,El deyir əhdinə düzəldi dağlar.
Neçə Süleymanlar yola salıbsan,Neçə zəmanəyə külüng çalıbsan.Özün gör necə də cavan qalıbsan,Kim deyər, hər şeydən əzəldi dağlar.
Səf-səf olub düzülübsən yanbayan,Gör necə nizamlı hörüb Yaradan.Məmmədhüseyn olub qurğuna heyran,Açdığın büsata mətəldi, dağlar.
Kitabxana.az · https://kitabxana.az/en/works/sair-memmedhuseyn-daglar-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bizi yoxdan var eləyən ol şahi-dildara bax,Abı,ataş,xaki, baddan xəlq olunan insana bax,
Mənim xalqımXalqımı çox sevirəm, çox.Ona mənsub olduğum üçün yox,
TəcnisDedim: gəl, dost, ikimiz həmdəm olalı,Ağı mən oxuyum, qarasan, qara,
Məni eşq əhlinin divanına divanə yazmışlarMəni eşq əhlinin divanına divanə yazmışlar,Könül mülkün, əziziın, dərdi-eşqə xanə yazmışlar.