Ağlayıb göz yaşın leysan eyləmə,Yad dərib iyləyən gülü neynirəm?Tez doyub irzikdin niyə Hacıdan,Satılıb-alınan qulu neynirəm?

Öz yoxsulca süfrəm, halal zəhmətim,Bu süfrəmi sevən külüm-külfətim.Beyilqarla nədi mənim ülfətim,Olsa qızıl mücrüm dolu, neynirəm.

Məmmədhüseynəm, haqdan düzlük dilərəm,Əməlimlə qəmlənərəm, gülərəm.Gözü yaşlı görsəm həmən silərəm,Əyri işə gen-bol yolu neynirəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets