Eyləyim
Ay nazənin, bir sualım var sənə,Pünhan dərdim kimə aşkar eyləyim.Axtardım elləri mən dönə-dönə,Tapmadım dil qanan şikar eyləyim.
Kimə üz çevirdim, yad oldu mənə,Nə deyim sirdaşsız ömürə, günə.Bəxtimin çırağı az qalıb sönə,İstərəm qəlb açan bazar eyləyim.
Şükür qıllam, Xudam səni yetirib,Təzə gülü yolum üstə bitirib.Məmmədhüseynin gəl ol dərdinə təbib,Alım səni, mən vəfadar eyləyim.
Kitabxana.az · https://kitabxana.az/en/works/sair-memmedhuseyn-eyleyim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Badi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Zəmanədən şikayətFəsad ilə dolu göylər edərkən tərsinə dövran,Tükənməz qəmdən olmuşdu könül-dərdli, ürək-nalan.