Qocaldım
Heyif, cavanlığım getdi əlimdən,Əməyim əlimdə qaldı, qocaldım.Bağ bəslədim, iyləmədim gülündən,Vədəsiz əlimdə soldu, qocaldım.
Qəm məni çulğadı, dəryaya daldım,Huş getdi başımdan divanə oldum.Heyvatək saralıb, gül təki soldum,El məni nəzərdən saldı, qocaldım.
Yatmışdım qəflətdən qəfil oyandım,Dəryatək çalxandım, seltək bulandım.Aldım mən əlimə əsa dayandım,Sənəmlər də mənə güldü, qocaldım.
Dərd əhliydim, dərdim artdı təzədən,Haqq saxlasın müxənnəsdən, nakəsdən.Ət tökülüb bədənimdə o gündən,Görən deyir: “Bu nə haldı”, – qocaldım.
Məmmədhüseynəm, keçdi günüm, xoş çağım,Səfalı guşələr mənim oylağım.Eşqiylə coşduğum Tərsə yaylağım,Mənə bir keçilməz yoldu, qocaldım.
Kitabxana.az · https://kitabxana.az/en/works/sair-memmedhuseyn-qocaldim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Təalallah zəhi sani', zəhi təqdiri-yəzdani,Huvəllahulləzi la-misləhu, la-xaliqü-ş-şani
Çay dəstgahıÇün nəsimi-səhəri-sübh, dili-heyrani,Et nəzər, gör necə təhrik qılıb dəryani,
BülbülQalxıb havadən gedirsənDolanırsan bağı, bülbül
GörmədimAşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,