Xumar gözə vermə cəfa,Axan göz yaşına qurban.Ürəyimi salma xofa,Yar, qələm qaşına qurban.

Dodağını büzmə belə,Əlin məndən üzmə belə.Dövran sürək, deyə-gülə,Ceyran duruşuna qurban.

Məmmədhüseynin tacidarı,Malı, mülkü, dövlət-varı.İncə qədəm verib tarı,Yeri, yerişinə qurban.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love