Bu nə gündü, günü qara düşübsən,Əvvəllərdə işvə-nazı can alan.Nə günahım, məndən niyə küsübsən,Sən oldun özünü bu günə salan.

Qaynananın fitnəsinə uyubsan,Cavanlıqda başa dingə qoyubsan.Mən bilirəm bu əzabdan doyubsan,Subaylıqda sultan olan, xan olan.

Bilmirdinmi hacıların mürvətin,Mollaların, qazıların ülfətin.Artıb indi oğul-uşaq, külfətin,Məmmədhüseyni yada salmadan dolan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets