Bu yerlər
Zimistan qəhrindən çıxıbdır yaza,Bürünüb yaşıla, ala bu yerlər.Bu zövqü-səfada, bu təravətdə,Nola axıratan qala bu yerlər.
Bir tərəf laləzar, bir yan bənövşə,Nərgiz səpələnib yamaca, döşə.Yaranıb cənnətlə elə bil qoşa,Kim qıyar, Xudaya, sola bu yerlər.
Göyçənin səfası, Göyçənin varı,Gözəldir çəməni, gülü-gülzarı.Məmmədhüseynin var ömrünün baharı,Məskəni, oylağı ola bu yerlər.
Kitabxana.az · https://kitabxana.az/en/works/sair-memmedhuseyn-bu-yerler
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Ey gözüm nuri, qarari-düi-ürfan, getmə,"Məhfili-üns" sənin canına qurban, getmə.
Gün üzrə ay tuluimi ya gün kəmanıdırGün üzrə ay tuluimi ya gün kəmanıdır,Ya qaşdurur bu cümləsi aşıq gümanıdır.
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
YarKönül qəmgin, səhraları gəzirəm,Nə insafdı, mən də sənsiz qalım yar.