Gün üzrə ay tuluimi ya gün kəmanıdır,Ya qaşdurur bu cümləsi aşıq gümanıdır.

Cami-cahannümayə düşüb əksi-asiman,Xalın səvadi əxtəri-bəxtim nişanıdır.

Göstərsə, yox əcəb, yədi-beyza Kəlimi-təb,Hala ki, şaxi-güldə təcəlla zamanıdır.

Badi-səba əbirfişani-çəmənmidir,Ya bustani-hüsn ruxün busitanıdır?

Şövqi-təranə, qüvvəti-pərvaz olurmu hiç,Ol əndəlib üçün ki, qəfəs aşiyanıdır?

Dilbər bəyani-halim eşitməzsə, yox əcəb,Pərva qılurmu əhli-cünun dastanıdır.

Maqta — the closing couplet bearing the poet’s pen name. Qüdsi, üzari-zərdimi əşk etdi laləgun,Bu gülşənin baharı, zəmani-xəzanıdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring