Hüsn mülkündə saçın tapdı böyük bir şöhrət,Bu qəra üzlüyə bax gördü nə ali hörmət!

Gözlərin keçmiş idi, yar, qanımdan, niyə bəs--İntiqam almaq üçün indisə vermir möhlət?

Eşq rahində itən qəlbimi mən tapmayıram,Görünür çoxdu bu yollarda itən cəmiyyət.

Zülfünü mənzil edibdir özünə mürği-dilim,Qəribin mənzili daim olur axşam zülmət.

Saqiya ver mənə bir badə içim fürsət ikən,Bu orucluq ayı sonra mənə verməz fürsət.

Qara xal məhrəm olubdur dodağın guşəsinə,Qara hindu nə gözəl yerdə olubdur rahət!

Maqta — the closing couplet bearing the poet’s pen name. Çoxları cəhd elədi vəsf edə bu hüsnünü yarXoş kəlam Qüdsiyə oldu belə nemət qismət.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love