Hər kim edərsə vərdiş eşqü səfayi-yarə,Əvvəlcə ixtiyarı atsın gərək kənarə.

Bizdən ərzü təmənna, rəddü qəbul yardan,Bu işlərin nə xeyri var imiş intizarə?!

Ənbər saçan o zülfün aşütfə olmasından,Verdin bir asudəlik bu qəlbi-biqərarə.

Bu eşqin aləmində vardır behişt-cəhənnəm,Baxsan fəraqi-yarə, ya vəsli-gülüzarə.

Bağban icazə versə bağə girim, nə fayda,Dözmək olarmı, aya, gülçinə, zülmi-xarə?!

Bülbülləri salardım qəfəslərə bir anda,Dağıdıb son qoyardım xəzanə, novbaharə.

Maqta — the closing couplet bearing the poet’s pen name. Qüdsi, bu xoş çəməndə bir laləüz həvası,Xakə salıb qan etdi, dağ çəkdi qəlbi-zarə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love