Saqi, yuyub apar yuxunu didədən bir an
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Saqi, yuyub apar yuxunu didədən bir an,Gün tək şərabə cilvə verib parlat hər zaman,
Örtəndə sən niqabı tapır qəlbimiz ümid,Bu pərdəni yaxar deyirik atəşi-dəhan.
Qaşla üzün nə əcayib qiyamət etmişdir,Vermişdir aləmə günü ay ilə bir nişan.
Yaqutmudur dodaqların, aya, bəyan elə,Ya canə qutmudur de ki, ol ləli-dürfəşan.
Dün məclis içrə gülüb verdi vədlər,Heyrətdəyəm bu vədi kimə verdi mehriban?
Eşqə düşən, bəlayə düşər, bilmişəm bunu,Bəs kim edib bu can evini eşqə aşiyax?
Maqta — the closing couplet bearing the poet’s pen name. EY Qüdsi, bax cigər odu yandırdı qəlbimi,Eşqinlə bu kəbabə çilə duzlu su hər an.
Kitabxana.az · https://kitabxana.az/en/works/bakixanov-saqi-yuyub-apar-yuxunu-dideden-bir-an
Use ← → keys to move, R for a random poem
More by this author
Qudsi meydən qudsi nəşə istəmişdir hər zaman,Hər kəs olar məclislərdə bu nəşəylə kamiran.
Mətləbin tədriclə açılmasıCox zamandı urəyimdə dolanırdı bu sual,Gorəsən ki, icən zaman necə dəyişir əhval?
Əsl məqsədin bəyanıEy konul, sən ibrət gotur oz başına gələndən,Başqası da ibrət alsın bu yol ilə qoy səndən.
Can yaxan eşqin işığından bir şüaSalam, sizə ey sevdanı bilən əhli-mərifət,Səlamətlik guşəsinə cəksin sizi məhəbbət.
Poems by other poets · Love
İki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
Yoxdur aləmdə bir aşiq kim, ola kami rəvaYoxdur aləmdə bir aşiq kim, ola kami rəva,Gər olub, aşiq degil, aşiqdir kami narəva.
Ey sitəmkar məni rüsvayi-cahan eyləmisənEy sitəmkar məni rüsvayi-cahan eyləmisənGözümün yaşını çün Dəclə ravan eyləmisən.
Qəzəl: Qönçeyi-gül ta gülüstanın çırağın yandırırQönçeyi-gül ta gülüstanın çırağın yandırırƏndəlibin pərdeyi-çeşmində yağın yandırır