Ey sitəmkar məni rüsvayi-cahan eyləmisən
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ey sitəmkar məni rüsvayi-cahan eyləmisənGözümün yaşını çün Dəclə ravan eyləmisən.
Həmnişin eyləmisən düşməni, ey mayeyi-nazRəşkdən canım alıb bağrımı qan eyləmisən.
Gün kimi arizinə zülfi-çəlipanı salıbGünü gör, əbru-siyah altda nihan eyləmisən.
Nazilə, işvə ilə seyr eləyib gülzanGöstərib möcüzə sən sərvi-rəvan eyləmisən.
Bir canım var idi, ey şux ki, aldın o zaman,Özgə can dəxi bu bikəsdə güman eyləmisən.
Qaşların taği-sitəm almış ələ, kipriyin ox,Öldürürsən məni, nahaq yerə qan eyləmisən.
Neçin ey şux niqabın götürübsən üzdən,Ruyi-xurşidvəşi xalqa əyan eyləmisən.
Almısan ağlımı sərdən mənim, ey afəti-canQəddimi möhnəti-hicrində kəman eyləmisən.
Maqta — the closing couplet bearing the poet’s pen name. Həsrəti vəslin ilə, ey mahi-mən, HeyranıBaşı yerdə, gözü yolda nigaran eyləmisən.
Kitabxana.az · https://kitabxana.az/en/works/heyran-ey-sitemkar-meni-rusvayi-cahan-eylemisen
Use ← → keys to move, R for a random poem
More by this author
Bir namə yazım, badi-səba yarə yetirsin,Şərhi-qəmimi ol büti-xunxarə yetirsin.
Əsiri-möhnəti-hicran mənəm, mənƏsiri-möhnəti-hicran mənəm, mən,Qəribü zarü sərgərdan mənəm, mən.
Seyr edin, gərdəni minaya baxınSeyr edin, gərdəni minaya baxın,Sərimi saldı nə sevdaya baxın.
Oldu, ya rəbb, həlak insanlarOldu, ya rəbb, həlak insanlar,Suvarıb torpağı qızıl qanlar.
Poems by other poets · Love
Kuhi-Tur olsa səlabətdə dili-aşiqi-zar,Duymaya tabi-təcəlliyə yenə Musa var
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Hərdən kim, naz edir mənə canan, xoşum gəlirHərdən kim, naz edir mənə canan, xoşum gəlir,Naz eylədikcə könlüm olur qan, xoşum gəlir.