Hərdən kim, naz edir mənə canan, xoşum gəlir,Naz eylədikcə könlüm olur qan, xoşum gəlir.

Yenə küsüb, acıqlı baxır sevgilim mənə,Canım ola o gözlərə qurban, xoşum gəlir.

Bir an rəqibi görməyə yoxdur görən gözüm,Öz yarım incidir məni hər an, xoşum gəlir.

Zəhləm gedir nigarimə baxdıqca özgələr,Saymır rəqibi ol güli-xəndan, xoşum gəlir.

Mümkünsə, bir gözəl sev – onun mübtəlası ol,Gördükdə hər gözəl demə: – Bundan xoşum gəlir.

Zövqi-vüsal ilə yenə könlüm açılmayır,Yaxdıqca könlümü qəmi-hicran xoşum gəlir.

Gül bülbül ilə olmalıdır, xar xar iləYar olsa bir qız ilə bir oğlan, xoşum gəlir.

Vahid, vətən gözəllərinin mübtəlasıyam,Dönmüş behiştə Azərbaycan, xoşum gəlir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love