Sevməsəydim əgər ol zülfi-xəməndərxəmi mən
Sevməsəydim əgər ol zülfi-xəməndərxəmi mən,Bir dəm ömrümdə çəkərdimmi bu dərdü qəmi mən?
Başqa bir dilbərə olsaydı məhəbbət məndə,Bu qədər ah ilə yandırmaz idim aləmi mən!
Sənin hüsnündü mənim eşqimi əfzun eləyən,Böylə rüsvalığa bais həmi sənsən, həmi mən.
Mən sən olsaydım əgər qeyrə könül verməzdim,Qoymaz idim, yetişə vəslinə naməhrəmi mən.
İndi dünya, gözəlim, get-gedə bir cənnət olur,Sənsən Həvvası bu gün əsrimizin, Adəmi mən.
Əhli-fəqrəm, mənə öz cami-şərabım bəsdir,Neylərəm kaseyi-fəğfur ilə, cami-Cəmi mən.
Vahid, öpsəm o gülün çahi-zənəxdanından,İstəməm Kəbeyi-ülyada olan Zəmzəmi mən.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-sevmeseydim-eger-ol-zulfi-xemenderxemi-men
Use ← → keys to move, R for a random poem
More by this author
Buruqda çıxmışam göylə yarışa,Bizə günəş, ay eyləyir tamaşa.
Azad qadınGözəl desən gözələm mən, pəri desən pəriyəm,Məni sevən igidin mən sevimli dilbəriyəm.
SəninEy Tiflisə gedən Bakı gözəli,Yayıldı ellərə sorağın sənin.
Qızıl OrduQızıl Ordu girən kimi meydana,Saldı faşizmin canına muryana.