Sənin
Ey Tiflisə gedən Bakı gözəli,Yayıldı ellərə sorağın sənin.Sünbüllər açıldı, güllər qızardı,Dəyərkən Tiflisə ayağın sənin.
Tirmənin üstünü çiçəklə bəzə,Xumar baxışına can gərək dözə.Sənanın dağına çıx gəzə-gəzə,Tərlətsin laləni yanağın sənin.
Tökmə ağ üzünə qara zülfünü,Könlüm də ordadır – ara zülfünü.Ehtiyatla hərdən dara zülfünü,Qoy düşüb itməsin darağın sənin.
Sən gəzən yerlərdə özgə hal olar,Güllər ayağına payimal olar,Bir kəlmə danışsan tuti lal olar,Güldürər qönçəni dodağın sənin.
Vahidəm, eşqinlə dastan qoşaram,Başqa gözəllərdən uzaqlaşaram,Ölmərəm, dünyada yüz il yaşaramGər olsam bir gecə qonağın sənin.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-senin
Use ← → keys to move, R for a random poem
More by this author
Vurar məşşatə şanə türreyi-cananə hərdənbir,Edər aşiqlər əhvalın pərişan şanə hərdənbir.
Cəmalın şəminə, cana, yanar pərvanələr bir-birCəmalın şəminə, cana, yanar pərvanələr bir-bir,Çəkər zənciri-zülfün, həsrətin divanələr bir-bir.
Bəxtiyar aşiq odur ki, onu cananı sevirBəxtiyar aşiq odur ki, onu cananı sevir,Binəva bülbülünü, öz güli-xəndanı sevir.
O gül mənə bu gecə həmzəban olan gecədirO gül mənə bu gecə həmzəban olan gecədir,Deyib, gülüb, danışıb, mehriban olan gecədir.
Poems by other poets · Love
Naz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
کس نیست در این گوشه فراموشتر از منوز گوشهنشینان تو خاموشتر از من
Mən səni gördümƏzəldən bağçasız bir bahar idim,Dünyaya sığmayan intizar idim,