Vurar məşşatə şanə türreyi-cananə hərdənbir
Vurar məşşatə şanə türreyi-cananə hərdənbir,Edər aşiqlər əhvalın pərişan şanə hərdənbir.
Dedim: – Bənd eyləmə, cana, səri-zülfünlə eşq əhlin,Dedi: – Zəncirə bağlansın gərək divanə hərdənbir.
Fələk kəcliyinə salmış, qaşların yayilə bəhs eylər,Düşər hər ay başında mahi-nov nöqsanə hərdənbir.
Səni tanrı, səba, düşsə güzarın ol səri-kuyə,Yetir ərzim mənim də ol güli-xəndanə hərdənbir.
Dağıtma bunca zülfün ruyinə, etmə günüm qarə.Üzün göstər, nola, ey məh, məni-nalanə hərdənbir.
Bu nəşə zahidin əskik deyil zövqi-behiştindən,Mey içsəm yar ilə meyxanədə məstanə hərdənbir.
Mənə röyadə görmək də səadətdir inan, Vahid!Alaydım yarı ağuşə nəzakətyanə hərdənbir.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-vurar-messate-sane-turreyi-canane-herdenbir
Use ← → keys to move, R for a random poem
More by this author
Mən vermişəm öz könlümü yarə, özü bilsin,İstər eləsin hicrilə yarə, özü bilsin.
Ləbinin badə nə şeydir ki, səfasın versin?Ləbinin badə nə şeydir ki, səfasın versin?Üzünün gündə nə cürət ki, ziyasın versin!
Verməyən canını cananinə çıxsın getsinVerməyən canını cananinə çıxsın getsin,Kim qıyır eşqdə öz caninə, çıxsın getsin!
Ey gül, nə incəsən, nə gözəldir təbiətinRespublikanın xalq artisti Həqiqət Rzayevaya həsr olunur*Ey gül, nə incəsən, nə gözəldir təbiətin,