Ey gül, nə incəsən, nə gözəldir təbiətin
Respublikanın xalq artisti Həqiqət Rzayevaya həsr olunur
Ey gül, nə incəsən, nə gözəldir təbiətin,Sən gülməyincə, bil, üzü gülməz Həqiqətin.
Bir kimsə varmı, xatirini tutmasın əziz,Sən bir sevimli dilbərisən bu cəmiyyətin.
Ellər kamalının, gözəlim, həsrətin çəkir,Yox bir könül ki, olmaya onda məhəbbətin.
Vicdanın incə, məsləkü amalın incədir,Yüksəlmiş incəliklə bütün şənü şövkətin.
Xəlqin, hökumətin, vətənin isteyir səni,Sən də bir üzvüsən, gözəlim, incəsənətin.
Təhsinə var ləyaqətin, ey səhnə xadimi,Ömründə az deyil vətənə, xalqa xidmətin.
Şahla mübariz oldun Ərəbzəngilikdə sən,Çox Leyli, tellilər yaradıb feyzü qüdrətin.
Yetdinsə əlli sinninə, xalq arizu edir,Yüzdən ziyadə ömrü olaydı Həqiqətin.
İtməz bu zəhmətin gələcək şanlı nəsl üçün,Tarixi-yadigar olacaq haqqü, zəhmətin.
Hər sahədə nə xidmətin olmuşsa, səhnədəƏn mahiranə olmuş ona nailiyyətin.
Nəğmənlə, xoş səsinlə səfalandı səhnəmiz,Bülbüllərin nüfuzunu yüksəltdi hümmətin.
Vahid, bu hörmətə, bu böyük fəxri qiymətəSən də təşəkkür et ki, ola, bəlkə, qismətin.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-ey-gul-ne-incesen-ne-gozeldir-tebietin
Use ← → keys to move, R for a random poem
More by this author
Ey könül, sən sevdiyin ol nazlı afət özgədir,Bülbüli-şeydayə gülzari-lətafət özgədir!
Nigar ilə bizim əhdü qərarımız belədirNigar ilə bizim əhdü qərarımız belədir,Şəhidi-xəncəri-eşqik, şüarımız belədir.
Sevgilim, eşq olmasa, varlıq bütün əfsanədirSevgilim, eşq olmasa, varlıq bütün əfsanədir,Eşqdən məhrum olan insanlığa biganədir.
Məqsəd üzündür, aşiqə cənnət bəhanədirMəqsəd üzündür, aşiqə cənnət bəhanədir,Ləlin yanında çeşmeyi-kövsər fəsanədir.