Məqsəd üzündür, aşiqə cənnət bəhanədir
Məqsəd üzündür, aşiqə cənnət bəhanədir,Ləlin yanında çeşmeyi-kövsər fəsanədir.
Bülbüllərin sədası tutub səhni-gülşəni,Bihuş edib məni, nə gözəl, xoş təranədir.
Çəkmiş kənarə hər kəs öz istəkli dilbərin,Gülüzlülərlə söhbətimiz məhrəmanədir.
Nə xardən əsər görünür, nə rəqibdən,Pəh-pəh, nə yaxşı dövr, nə yaxşı zəmanədir!
Sərməst edib bizi yenə bu qarəgözlülər,Süzgün baxışları nə gözəl, şairanədir.
İndi təsəvvür eylə bu bağın gözəllərin,Hal əhli anlayar, bu nə rəmzü kinayədir.
Vahid, sevin ki, xalq özü qiymət verir sənə,Təbin gövhər saçan nə tükənməz xəzinədir!
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-meqsed-uzundur-asiqe-cennet-behanedir
Use ← → keys to move, R for a random poem
More by this author
Gülşəndə idim seyrdə, bir yar idi, bir mən.Bir bülbül idi, bir də çəmənzar idi, bir mən.
Könlüm olubdu mail ol yarə, neyləyim mən?Könlüm olubdu mail ol yarə, neyləyim mən?Oldum onun qəmindən biçarə, neyləyim mən?
Çöhrəndə ölüm kölgəsi var, ey qarı düşmənÇöhrəndə ölüm kölgəsi var, ey qarı düşmən,Xalq ordusu çoxdan qazımışdır sənə mədfən.
Gül incədirsə, sən, gözəlim, güldən incəsənGül incədirsə, sən, gözəlim, güldən incəsən,İncə nəzakətin qədər incə düşüncəsən.
Poems by other poets · Love
Bülbül idim, gülə həsrət,Qaldım dolana-dolana.
Halalım gedibTa ki, o gündən mənim, mah cəmalım gedib,Sanki əlimdən tamam, cah cəlalım gedib.
QəzəlGözün qurbaniyəm saqi, xəbər tut bir məlalımdan,Keçər günlər, keçər aylar, neçin çıxmaz xəyalımdan.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.