O can alan nə bilir, aşiqin pənahı nədir?Ona bu hüsnü verən qüdrəti-ilahı nədir?

Səfasın özgə görür, mən bəlalərin çəkirəm,Mənim bu qanə dönən könlümün günahı nədir?

Dağıtdı zülfün üzə dilbərim, keçəndə dedim:– Bunun yanında behiştin gülü giyahı nədir?

Bu qara gözlülərin olmayınca Məcnunu,Cahanda kim biləcək, eşq barigahı nədir?!

Gecə-gündüz edirəm ahü nalə kuyində,Soruşmayır, bu qədər bir fəqirin ahı nədir?

Gülüzlü, nazlı gözəllərmiş, indi mən bilirəm,Məhəbbət əhlinin aləmdə qibləgahı nədir?

Tarında, Vahid, əgər Qurbanın məlahəti var,Dayan bir indi görək, Zülfünün “Segah”ı nədir!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love