Yarım mənə vədə verdi,Dedi, gəl gəz buralarda.Qara bağrım şan-şan oldu,Sızıldaşır yaralar da.

Siyah zülfün beldən aşır,Süsən sünbülə dolaşır,Gözəllik sənə yaraşır,Dur, dolanaq aralarda.

Abbas ilə xoş danışan,Ağ üzündə danə nişan,Kəklik kimi qaqqıldaşan,Qaqqıldaşar haralarda?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love