Vaxtıdı
Budu gəldi bahar fəsli,Dağların lala vaxtıdı.Açılıbdı qızıl güllər,Bülbülün bala vaxtıdı.
Bülbüllər dolandı bağı,Bir xəlvət eylə otağı.Sənə qurban olum saqi,Mey ver, piyalə vaxtıdı.
Mən Abbasam, boyu bəstə,Dərdindən olmuşam xəstə.Al başımı dizin üstə,Çal yataq, layla vaxtıdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/tufarqanli-vaxtidi
Use ← → keys to move, R for a random poem
More by this author
Dərd ayağından
Başına döndüyüm, ay Gülgəz Pəri,Çəkərəm hicranı dərd ayağından.
Halısan barıMüşərrəfəm, dilbər, sənin yolunda,Dünya şövkətinnən xalı san barı.
Nə qələm indiMən olmuşam dərdü qəmin barkəşi,Qəmdən tikdirmişəm nə qalam indi.
Varsağını görƏttar dükanında bir molla gördüm,İtirib imanın varsağını gör!