Əttar dükanında bir molla gördüm,İtirib imanın varsağını gör!Əcəl piyaləsin dutub dəstində,Doldurub zəhrinən var sağını gör!

Bitib dost bağında canım alması,Üzmə, kamil deyil, canım, alması.Necə qəbul elər, canım almasıDoğram-doğram eylər varsağını gör!

Qıvlagahım başım üstən baş bular,Hamılardan artıq bular, baş bular.Mənim pərim fəqan eylər, baş bular,Tilazar sırğanın varsağını gör.

O kəkil bitəndə, bu can itəndə,O canda tapılar bu canitəndə.Abbas, necə ki, var bu canı təndə,Ara könüllərin var sağını gör!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets