Çəkmək istər mən kimi hər kimsə canan fikrini
Çəkmək istər mən kimi hər kimsə canan fikrini,Öz canından əl götürsün, etməsin can fikrini!
Ağlaram sübhü məsa bir dilbərin eşqində mən,Bülbül ağlar necə çəkdikdə gülüstan fikrini.
Yusifin hicrində Yəqub eylədi min fikr əgər,Çəkməyibdir bunca ol mən kimi hicran fikrini.
Olsam ol şux ilə gər bir guşeyi-meyxanədə,Bir də namərdəm, çəkərsəm bağı-rizvan fikrini!
Ey günüzlüm, gər tuta zülmət sərasər aləmi,Eyləməz ruyin görənlər mahi-taban fikrini.
Vursan, ey məh, sinəmə tiri-xədəngin, razıyam,Sinədə peykanın olsa, çəkmərəm can fikrini!
Bigünah qanlar tökərsən rəhmsiz cəlladtək,Bil, tutar axır səni, ey çəkməyən qan fikrini!
Oldu, Vahid, xatirimdə cəm ikən aşüftəlik,Müttəsil çəkməkdən ol zülfi-pərişan fikrini.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-cekmek-ister-men-kimi-her-kimse-canan-fikrini
Use ← → keys to move, R for a random poem
More by this author
Məqsud yetişməksə əgər fəzlü kəmalə,Səy etməliyik elmə, dönərsək də hilalə.
Ucal mələkim!Qadınla yüksələcək şəni Azəristanın,Olursa tərbiyə uğrunda səyi nisvanın.
Tofik Fikrətə bənzətməBir yerdə ki, hala ucalırkən bəşəriyyət,Vəhşiliyi pamal eləyirkən mədəniyyət,
ZərbəçilərBu gün fitlər gün doğmadan səsləndi,Dəniz coşa gəldi, göllər tərpəndi.