Ucal mələkim!
Qadınla yüksələcək şəni Azəristanın,Olursa tərbiyə uğrunda səyi nisvanın.
Bəşər tərəqqi edər tərbiyətlə dünyada,Fənadır aqibəti tərbiyətsiz insanın.
Qadından aslıdır ətfalə tərbiyət vermək,Bunu tələb eləyir iqtizası dövranın.
Çalış bu tərbiyət uğrunda mərd igidlər tək,Baxıb şəfəqqətinə aləm olsun heyranın.
Çəkildi pərdeyi-zülmət, yıxıldı əhli-nifaq,Yayıldı aləmə gün tək ziyası ürfanın.
Götür o pərdəni üzdən, cahanı qıl rövşən.Binayi-zülməti yıx, aç üzari-tabanın.
Şərəflə ömrünü sərf et maarif uğrunda.Gözətlə izzəti-nəfsin, unutma vicdanın.
Ucal, ucal, mələkim! Yüksəlir səninlə həyat,Ucal ki, yüksələ aləmdə şöhrətü şanın.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-ucal-melekim
Use ← → keys to move, R for a random poem
More by this author
Sevgilim, bülbülə olsaydı gülün imdadı,Bülbülün aləmi ağlatmaz idi fəryadı.
Gəldim vüsali-yarə yetəm fürsət olmadıGəldim vüsali-yarə yetəm fürsət olmadı,Bir dəm doyunca söhbət edəm, qismət olmadı.
Bu sərvi-qamətim qaşın xəyalıilə dütalandıBu sərvi-qamətim qaşın xəyalıilə dütalandı,Gözüm ayineyi-safi-cəmalından cilalandı.
Demədim dərdimi canana, yadımdan çıxdıDemədim dərdimi canana, yadımdan çıxdı,Gördüm öz yarımı, biganə yadımdan çıxdı.