Tofik Fikrətə bənzətmə
Bir yerdə ki, hala ucalırkən bəşəriyyət,Vəhşiliyi pamal eləyirkən mədəniyyət,Saçmış şəfəqin gün kimi dünyalara ürfan,Zülmətdən uzaqlaşmadadır aləmi-insan;Elmin, hünərin rütbəsi bir payəyə çatmış,İnsanları şiş göylərə hətta əl uzatmış,Diqqətlə düşündükcə bu gün dövri-zamanıBambaşqa görürsən bütün övzayi-cahanı.Məktəb – deyə hər kimsədə bir zövq nümayan,Sənət – deyə hər kimsədə bir çöhreyi-xəndan.İnsanlara lazımdır həqiqətdə çalışsın,Olduqca gərək elm ilə, ürfanla alışsın.Vaxta bütün ətrafı tutub elm ilə ürfan,Bəhru-bəri hər dəmdə dolaşmaq olur asan.Yalnız nə ki, bu yolda çalışsın gərək ərlər,Onlarla qadınlar da çalışmaqda bərabər.Zira qurucu böylə qurub tərzi-həyatı,Bizdən də həyatın budur ancaq tələbatı!
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-tofik-fikrete-benzetme
Use ← → keys to move, R for a random poem
More by this author
Könül, eşq əhlinə yetsə əgər yüz min bəla, xoşdur,Yetişsə aşinadən-aşinayə hər cəfa, xoşdur.
Yarın rəhi-eşqində könül qan ola, xoşdurYarın rəhi-eşqində könül qan ola, xoşdur,Hicrində gözüm hər gecə giryan ola, xoşdur.
Gözəlim, gözlərinin söhbəti hər yanda olurGözəlim, gözlərinin söhbəti hər yanda olur,Bu məlahətli baxışlar quzu ceyranda olur.
Bülbül gülü sevirsə də, gül xarə yar olurBülbül gülü sevirsə də, gül xarə yar olur,İstəklin əhli-hüsn ola, bietibar olur.