Könül, eşq əhlinə yetsə əgər yüz min bəla, xoşdur
Könül, eşq əhlinə yetsə əgər yüz min bəla, xoşdur,Yetişsə aşinadən-aşinayə hər cəfa, xoşdur.
Cahanda dövlətü mülk ilə malə etmərəm rəğbət,Qapında ruzü şəb, şahim, mənə qürbü gəda xoşdur.
Şikayət etmərəm çərxi-sitəmkarın cəfasından,Cəfayi-çərxdən olsa əgər qəddim duta, xoşdur.
Qəribasa könül eylib vətən ol zülfi-mişkinin,Düşübdür seydvəş damə, yəqin eylüb xəta, xoşdur.
Kəsilsəm ney kimi gər bənd-bəndimdən fərağında,Fəqanü nalə tərkin qılmaram, ey məh, nəva xoşdur.
Könül istər məkan tutsun gecə-gündüz o zülf içrə,Necə divanəyə zəncirə olmaq mübtəla xoşdur.
Bəlanı arizu eylər bu Vahid, mübtəla olsun,Bəli, eşqin yolunda aşiqə, ey gül, bəla xoşdur.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-konul-esq-ehline-yetse-eger-yuz-min-bela-xosdur
Use ← → keys to move, R for a random poem
More by this author
Ləbinin badə nə şeydir ki, səfasın versin?Üzünün gündə nə cürət ki, ziyasın versin!
Verməyən canını cananinə çıxsın getsinVerməyən canını cananinə çıxsın getsin,Kim qıyır eşqdə öz caninə, çıxsın getsin!
Ey gül, nə incəsən, nə gözəldir təbiətinRespublikanın xalq artisti Həqiqət Rzayevaya həsr olunur*Ey gül, nə incəsən, nə gözəldir təbiətin,
Ey şux nazənin, nə gözəldir məlahətin!Ey şux nazənin, nə gözəldir məlahətin!Heç kəs əsiri olmaya bir sən tək afətin!
Poems by other poets · Love
Başımın üstünü kəssə də ölümSağ əli baltalı bir cəllad kimi,
Qılmayan canın fəday ol dilbəri-cananınaQılmayan canın fəday ol dilbəri-cananına,Cahili-nadan imişlər rəhm gəlməz canına.
BuEy mənim canım alan, səndə nə adətdir bu?Göstərir şərhi-qaşın hər dəm, əlamətdir bu,
İncizablarımVəhy ilə səmadan enmədir Quran.Quranla pestidən yüksəlir insan.