Gəldim vüsali-yarə yetəm fürsət olmadı
Gəldim vüsali-yarə yetəm fürsət olmadı,Bir dəm doyunca söhbət edəm, qismət olmadı.
Cövrün çəkib həmişə bu zülfü qarələrin,Divanə könlümə yenə bir ibrət olmadı.
Cənnətdi məclisim, elə ki, gəldi dün rəqib,Məclis cəhənnəm oldu, mənə cənnət olmadı.
Az olsa badənin çox olur ruhə ləzzəti,Həddindən artıq içdin, o bir ləzzət olmadı.
Sərvim, deyəndə sanma, qiyamətdi qamətin,Məhşər ki qopmadı, sənə bir töhmət olmadı.
Fərhadı fəzli-sənəti sevdirdi Şirinə,Şirini eşqə bənd eləyən surət olmadı.
Eşqində ölmək həsrəti öldürdü Vahidi,Çox yaxşı oldu – istəyinə həsrət olmadı.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-geldim-vusali-yare-yetem-furset-olmadi
Use ← → keys to move, R for a random poem
More by this author
Çox gözəllər gördüm, axtardım bütün dünyanı mən,Tapmadım aləmdə öz könlüm sevən cananı mən.
Dilbəra! Atəşi-eşqin ilə suzanəm mənDilbəra! Atəşi-eşqin ilə suzanəm mən,Yanıram, rəhm elə, qoyma bu oda yanəm mən.
Ömrümü tükətdi bu zəmanə, ölürəm mənÖmrümü tükətdi bu zəmanə, ölürəm mən,Gəldim bu fəna dəhrdə canə, ölürəm mən.
Aşiq olalı zülfünə, ey gül, dəliyəm mənAşiq olalı zülfünə, ey gül, dəliyəm mən,Öldür məni, asudə elə, ölməliyəm mən.