Çox gözəllər gördüm, axtardım bütün dünyanı mən
Çox gözəllər gördüm, axtardım bütün dünyanı mən,Tapmadım aləmdə öz könlüm sevən cananı mən.
Binəva pərvanələr tək yetmədim məqsudimə,Eşq sevdasiylə yandırdım bu şirin canı mən.
Nazənin, ahu baxışlı çox pərilər görmüşəm,Sevmədim öz sevgilimdən başqa bir ceyranı mən.
Bülbüli-nalaniyəm mən bir gülüzlü dilbərin,Neylirəm hər lalə üzlü qonçeyi-xəndanı mən.
Hər gülün bir ətri var, hər qönçənin bir nəşəsi,Olmuşam çox nazəninlər bağının bağbanı mən.
Var ümidim, vəsli-cananə yetişsin tez əlim,Ah ilə söndürrəm axır atəşi-hicranı mən.
Vahidəm, bimari-eşqəm, qeyridən yox minnətim,Dərdimə canan əliylə istərəm dərmanı mən.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-cox-gozeller-gordum-axtardim-butun-dunyani-men
Use ← → keys to move, R for a random poem
More by this author
Dindirmədi, ey dil, səni canan, əcəb oldu!Etdin nə qədər naləvü əfğan, əcəb oldu!
Mənimlə mehriban yarım nədən namehriban oldu?Mənimlə mehriban yarım nədən namehriban oldu?Uyub biganəyə öz aşiqindən bədgüman oldu.
Ey gül, səni axır, bilirəm, öyrədən oldu!Ey gül, səni axır, bilirəm, öyrədən oldu!Saldın məni hicranə, bu bilməm, nədən oldu?
Ey gül, səni hər kəs ki, sevib bəxtəvər olduEy gül, səni hər kəs ki, sevib bəxtəvər oldu,Eşqində bir ancaq mənim ömrüm hədər oldu.