Dindirmədi, ey dil, səni canan, əcəb oldu!
Dindirmədi, ey dil, səni canan, əcəb oldu!Etdin nə qədər naləvü əfğan, əcəb oldu!
Yüz dəfə dedim, vəsl təmənnasına düşmə,Yandırdı səni möhnətü hicran, əcəb oldu!
Gülüzlü gözəl yarın olub qeyrilə həmdəm,Çıxsın gözün, olsun ciyərin qan, əcəb oldu!
Ol zülfə könül, vermə, dedim, qoy desin aləmİndi sənə divaneyi-dövran, əcəb oldu!
Qoydun niyə əğyarı yaxın kuyinə yarın?Cənnətdən uzaqlaşmadı şeytan, əcəb oldu!
Vahid, elə bir dövrdə gəldik bu cahanə,Bir gözdə göründü bütün insan, əcəb oldu!
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-dindirmedi-ey-dil-seni-canan-eceb-oldu
Use ← → keys to move, R for a random poem
More by this author
Mən vermişəm öz könlümü yarə, özü bilsin,İstər eləsin hicrilə yarə, özü bilsin.
Ləbinin badə nə şeydir ki, səfasın versin?Ləbinin badə nə şeydir ki, səfasın versin?Üzünün gündə nə cürət ki, ziyasın versin!
Verməyən canını cananinə çıxsın getsinVerməyən canını cananinə çıxsın getsin,Kim qıyır eşqdə öz caninə, çıxsın getsin!
Ey gül, nə incəsən, nə gözəldir təbiətinRespublikanın xalq artisti Həqiqət Rzayevaya həsr olunur*Ey gül, nə incəsən, nə gözəldir təbiətin,