Səni gördükdə dedim: – Xosrovi-xubandır bu,Bu vəcahətlə, həqiqət, məhi-Kənandır bu.

Dili-qəmginimi şad etdin, atıb qəmzə oxun,Sənə qurban olum, ey şux, nə ehsandır bu?!

Xəttü xalın görüb ol məshəfi-ruyində, dedim,Bu səvad ilə yəqin nöqteyi-Qurandır bu.

Mənə peyvəstə nə ox atsa ol əbruyi-kaman,Dil basar bağrına, gəldikcə deyər candır bu.

Ey deyən eyləmə hicran günü fəryadü fəğan,Necə fəryadü fəğan etməyim, hicrandır bu!

Çünki çox görmüşəm əğyarə vəfa eylədiyin,Bivəfa söyləsə hər kim sənə, böhtandır bu.

Xalq söylər məni, Vahid, görüb ol zülfə əsir,Filhəqiqət, hələ divaneyi-dövrandır bu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love