Vay dədə
Dağıldı getdi, vay, dədə, əcəb, cəlalı mollanın,Hanı o köhnə hörməti, hanı o halı mollanın?
Alardı dolmanın canın, hücum edərdi ehsana,Əyərdi dizlərin yerə, vurardı od fisincana,Şişib dönərdi peysəri yonulmamış dəyirmana,Bilərdi onda qiymətin bütün əhali mollanın,Hanı o köhnə hörməti, hanı o halı mollanın?
Görəndə əsrin indiki uşaqların canım yanır,Böyüklər heç, cəhənnəmə, olarla kim maraqlanır?Nə bir ədəb bilir bular, nə də böyük-kiçik qanır.Ağarmasın da, neyləsin, yalı, kübalı mollanın,Hanı o köhnə hörməti, hanı o halı mollanın?
Hanı o kənddə sürdüyüm zamanlarım, gözəl çağım,Dükanlarım, dəyirmanım, evim, yerim, beş-on bağım?Alındı var-yoxum bütün, bilindi hər fırıldağım,Tamam verildi kolxoza halalca malı mollanın,Hanı o köhnə hörməti, hanı o halı mollanın?
Azından əlli kolxoza bu illəri soxulmuşam,Birində bircə yol gedib, bir ay müəllim olmuşam,Qərəz ki, hansı kolxoza yan almışam, qovulmuşam,Bəlası bir qutarmadı başı bəlalı mollanın,Hanı o köhnə hörməti, hanı o halı mollanın?
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-vay-dede
Use ← → keys to move, R for a random poem
More by this author
Kimdə vardır, gözəlim, səndə olan cazibələrSənə dünyada məgər aşiq olan də qəm elər?
O incə, nazlı baxışlar, o atəşin gözlərO incə, nazlı baxışlar, o atəşin gözlər,Həzin-həzin nə baxır, sanki aşiqin gözlər.
Könül, üşşaq qanın çox töküb ol tiği-əbrulərKönül, üşşaq qanın çox töküb ol tiği-əbrulər,Haçan, bilməm, gəlir rəhmə cəfadən yari-bədxulər.
Gözəlim, gül üzünə kim ki, tamaşa eylərGözəlim, gül üzünə kim ki, tamaşa eylər,Qorxuram, eşqimizin sirrini ifşa eylər.
Poems by other poets · Satire
Nəzm ilə*Şairlərimiz şəhərlərdən belə xəbər verirlər:
Ey olan xas şiəyi-HeydərEy olan xas şiəyi-Heydər,Ver qulaq, eyle bu sözü əzbər:
Neçin verməyir? ("Bircə bu məşrutəni şah neçin verməyir?")Bircə bu məşrutəni şah neçin verməyir?Gah verir filməsəl, gah neçin verməyir?
Yad adamDəniz kənarına çıxdım dünən, gülürdü bahar,Nəfəs alırdı dərindən gözəl Xəzər, bulvar.