O incə, nazlı baxışlar, o atəşin gözlər
O incə, nazlı baxışlar, o atəşin gözlər,Həzin-həzin nə baxır, sanki aşiqin gözlər.
Sənin kimi, gözəlim, nazənin gözəl çoxdur,Ki, yoxdur heç birisində, bu nazənin gözlər!
Sənin o gözlərini bircə yol görən aşiq,İnan ki, söyləyəcək yüz yol: afərin, gözlər!
Sorulsa məndən, əsir eyləyən kim oldu səni?Baxın bu gözlərə, ərz eylərəm; həmin gözlər.
Vəfalı olmasa, bir gün də çox güman dözməz,Vəfalı olsa, yüz il aşiqin yəqin gözlər.
Həmişə şad oluram intizari-vəslin ilə,Necə ki, bir təzə damad olan gəlin gözlər.
Mən öz nigarımı, eyb etmə, gözləsəm, Vahid!Ki, bülbül öz gülünü, aşiq həmdəmin gözlər.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-o-ince-nazli-baxislar-o-atesin-gozler
Use ← → keys to move, R for a random poem
More by this author
Ahəstə, bülbülüm, oxu, dildar oyanmasın!Naz ilə yatmış ol güli-bixar oyanmasın!
Görüm, ey bivəfa, zülfün həmişə şanəsiz qalsınGörüm, ey bivəfa, zülfün həmişə şanəsiz qalsınO canlar məskəni əğyarsız, biganəsiz qalsın.
Zülfündə nə lazım, gözəlim, şanə dolansın?Zülfündə nə lazım, gözəlim, şanə dolansın?Qoyma, o hərəmxanəni biganə dolansın!
Qoyma, gözəlim, kuyinə əğyar dolansınQoyma, gözəlim, kuyinə əğyar dolansın,İnsafmı, gülzarı gəlib xar dolansın?!
Poems by other poets · Love
Sevgidən danışan şeirlərimiSiz əsla yazmayın mənim adıma.
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Göndərib lütflə, ey dil, mənə dilbər kağızGöndərib lütflə,ey dil,mənə dilbər kağız,Könlümün zülmətini eyləyib ənvər kağız.
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,