Görüm, ey bivəfa, zülfün həmişə şanəsiz qalsınO canlar məskəni əğyarsız, biganəsiz qalsın.

Camalın şəminə qoy mən yanım, əğyarı yandırsın,Şəbi-hicranı görsün, şəmsiz, pərvanəsiz qalsın.

Əgər ol zülfə məndən qeyri bir aşiq könül versə,Bu zənciri-cünun, yarəb, görüm, divanəsiz qalsın.

Mənim əfsaneyi-eşqimlə indi zövq alır aləm,Gərək Fərhadü Məcnun şöhrəti əfsanəsiz qalsın.

Məni məhrum edən gülüzlülər cami-vüsalindənİçib öz bağrının qanın, meyi-meyxanəsiz qalsın.

Ədavətlə könül peymanəsin sındırma, ey zalim,Rəva görmə, məhəbbət xanəsi peymanəsiz qalsın.

Məni ol nazlı canandan ayırmaq istəyən, Vahid.Mənimtək min bəla çəksin, gözəl cananəsiz qalsın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love