Ağzı xeyir sözlüm, incimə məndən,Yar yardan ayrılmaz, bülbül çəməndən.Demə ki, düşmüşdür saçlarıma dən,Ürək qocalmayır, ürəyim sənsən.

Mən qul olmamışam şöhrətə, ada,Sənsiz yaşamayım bir gün dünyada.Gözəllər, cananlar min-min olsa da,Mənim bu dünyada mələyim sənsən.

Könül heç doyarmı sən tək gözəldən,Sən oldun qismətim hökmi-əzəldən.Sağ olsun bu xeyir işi düzəldən,Müqəddəs əməyim, diləyim sənsən.

Yusifin, Vaqifin görüm var olsun!Aybəniz hamıdan bəxtiyar olsun!Yüz il də Vurğuna Xavər yar olsun!Ən əziz sirdaşım, köməyim sənsən!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love