Alagöz, sarışın körpəcə bir qızDörd divar içində ağlayır yalqız.Gözünü sıxdıqca o gözəl pəriGöyləri andırır ala gözləri.Ah! O körpəciyin nə dərdi vardır?Onu da ağladan bir intizardır…Alıb gəzdirsə də qızı qonşular,— Ana nəfəsinin özgə dadı var…Ağlayır, ağlayır bala qızcığaz,Qırılır qəlbində sədəfli bir saz.— Anam gələcəkmi xəstəxanadan?— Körpə bu sözləri dediyi zamanİslanır kirpiyi yaşlar içində,O yatır torpaqlar, daşlar içində…

Qucağında çağa görünür ana,Zəif addımlarla çıxır eyvana.— Alagöz, Alagöz! Bir oyan, qızım,Sənsən bu dünyada tale yıldızım…Qızcığaz gözünü yuxudan açır,Ana o gözlərə bir şəfəq saçır.— Can ana! Sənsənmi? Hardaydın, ana?— Qızım, bir qardaş da doğmuşam sana!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice