Yoğruldu bütün varlığın ümmidlə hünərdən,Şimşək kimi keçdikcə qaranlıq gecələrdən,Hər kəlməni, hər şerini bir top kimi atdın,Sevda yuxusundan bizi vaxtında oyatdın.Xoş gəldin əzizim, gəlişindən ana yurduDünya evinə bir yeni söz məclisi qurdu…Keçdikcə nəsillər o sənin söz çəmənindən,Ellər, obalar dərs alacaqdır hələ səndən.Ölməz bu gözəl aləmə idrakla gələnlər,Məna evinin sirrini vicdanla bilənlər.Sənsən əbədiyyət dediyim sevgili dildar,Daşlarda, çiçəklərdə, ürəklərdə adm var.Aydanmı günəşdənmi yarandın, de, nədən sən?Xalqın gözü də, qəlbi də, vicdanı da sənsən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love