Böyükdür insanın eşqi, hünəri,Həyat aşiqidir sənin də nəğmən.Ürəkdir ən böyük sənət əsəri,Ona bir yad kimi soyuq baxma sən.

Həyat yavrusudur müqəddəs ürək.Sən onu küsdürmə özündən bir anO, bəzən zülmətə qılınc çəkərəkBizə yol göstərir qasırğalardan…

Ürəkdir insana ən yaxın sirdaş,Dostluğu dar gündə unutmaz könül.İlham pərisindən ayrılma, qardaş,Onunla bir ağla, onunla bir gül!

Qəlbin açılmamış sirrləri var,Yerlər də, göylər də ona tanışdır.Hər kiçik zərrədə bir ümman axtar.Hər pərdə üstündə dünya danışdır.

Çal, çal! Rübabından axıb süzülsünKamal dünyasının solmaz hünəri.Çal ki, zəfər kimi ruhlara gülsünHər bahar axşamı, hər yay səhəri!

Sən ellər eşqilə yaşayıb-yarat,Bizə bir yad kimi gəlməsin səsin.Simində dil açsın anamız həyat,Xəyal qanadlanıb, ürək titrəsin.

Sən sənət eşqilə vəcdə gələrəkElin qapısına ayaq basdınmı?Bir mağar gecəsi, dan üzünədəkİxtiyar aşığa qulaq asdmmı?

Qanında, qəlbində, dc səhər-səhər,Çayların ahəngi aşıb daşdımı?Dc, külək əsdikcə, sıx meşəliklərSənin rübabında pıçıldaşdımı?

Yaz günü səhərin oğlan çağında,Muğan düzlərindən keçdinmi atla?Min turac ötdükcə ellər bağındaGöylərə uçdunmu sən o qanadla?

Əlində rübabın, bu gənc yaşındaUlduzlar qəlbinə süzüb axdımı?Gözlərin önündə dağlar başındaİldırım şaqqıyıb, şimşək çaxdımı?

Sən ellər eşqilə yaşayıb-yarat,Bizə bir yad kimi gəlməsin səsin.Simində dil açsın anamız həyat,Xəyal qanadlanıb ürək titrəsin.

O san simlərin incədir qəlbi,Ona mizrabını ehtiyatla vur.Duyğusuz əlləri hiss edən kimiO mehriban gözəl tezcə unudur…

Abbas Divarqanlı, Dilqəm, ƏləsgərBir saza nə qədər dastan yaratdı.Elin qüdrətilə yaşayan ərlərEşqin hünərilə murada çatdı.

Sən sənət eşqilə vəcdə gələndə.Bir səməndər kimi odlara qalan.Qoy bir el məsəli düzəldim mən də:Dağ olmaq istəsən, dağa arxalan!…

əkinmə, qısqanma, bir xəyala dal…Sən də öz eşqinin dastanını yaz.Hökmünü indidən verir istiqbal:Hünərsiz sənətin şəni ucalmaz.

Çal, çal rübabından süzülən mənaDağların, daşların bağrını yarsın.Sazında dil açan bu yeni dünyaZəfərdən zəfərə bizi aparsın.

Çal, çal, azadlığın xoş təranəsi.Hində, Himalaya, Çinə yayılsın.Göyləri titrətsin inqilab səsi,Onun şöhrətilə torpaq ayılsın…

Çal ki, baş qaldırır müstəmləkələr,Can verir ağalar, qullar dünyası…Bir bayraq altına qoşur ölkələrBudur kommunizmin ilk simfoniyası!

Zülmət qanad gərmiş, Avropaya bax.Artıq nə Bethoven, nə də Bayron var.Göyün qəfəsinə sığmayır torpaqQurtuluş axtarır dustaq arzular…

Qardaş, bizə baxır dünyanın gözü…Sən Yer kürəsini vüqarla dolan.De kimdir yaradan ən böyük sözü?-Bizim dünyamızda sənətkar olan!

Qoy bizə həsədlə baxsın Avropa!Yaradan, yaşadan öz əlimizdir!Biz qəlbi, idrakı tutmadıq topa,Dünyanı fəth edən əməlimizdir.

Çal. çal, qalibiyyət bizimdir, bizim!Dənizlər, ümmanlar çaxnaşır daha.Hücum var, hücum var deyir sosializmGünəşlə bir yerdə gedir sabaha…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets