Dörd söz
İnsan övladının asiman qədərUlduzu sayrışan bir lisanı var…Bu möhtəşəm kitab, möhtəşəm əsərHər sözün başında bir aləm açar…Budur; xəyal məni yerdən uçurur,O mənə göylərdə aşiyan qurur;Bürüyür dövrəmi saysız ulduzlar,Başqa zövq alıram bu gün aləmdən.Yox, ulduzlar deyil məni bürüyənSözlər məclisinin qonağıyam mən!
"Məhəbbət" sözü var bizim lisanda,O, dağlardan axan bir şəffaf sudur.Yaşını bilməyir onun zaman da,Bəlkə də insanın ilk arzusudur!..
Varlığa güldükcə o gözəl bahar,Çiçəklər, qönçələr açır hər dilək.O ilham qızının ehtişamı var,Qəlbə həyat verir gülümsəyərək.Onun saf qəlbində nə qəzəb, nə kin,Nə həsəd, nə də ki bir xəyanət var.Mənim and içdiyim o məhəbbətinQəlbində müqəddəs bir əməl yaşar…Eşqin ipək telli zərif qanadıZamanın fövqünə qaldırdı bizi…Məhəbbət iblisə təslim olmadı,Yaşatdı insanlıq şərəfimizi.Məhəbbət hünərdir! Bu yüksək əməlBizim qismətimiz olmuş cahanda.O könül yolçusu, mehriban gözəlMin ürək fəth edir hər keçən anda…Onun qarşısında diz çökür insan,Qılınclı, qalxanlı qəhrəmanlar da.Eşqin odlarından, alovlarındanYanıb şölə çəkir asimanlar da…
"Səadət" sözü var bir də cahanda,Səadət, o gözəl, o xoşbəxt səhər…Tale ulduzu tək onu hər yandaDaim izləmiş keçən nəsillər.Səadət zamanla məkana bənzər,Onun nə ölçüsü, nə hüdudu var.Səadətlə doğan hər azad səhərXəyala bir yeni kainat açar.Ah! Onun qucağı nə mehribandır,Nə qədər məsumdur o saf dodaqlar…"Yaşasın səadət! Yaşasın bahar!" –Bu böyük şüarı verən zamandır.Lütfkar yaranmış onun əlləri,Daim ağ günə çağırır bizi;Səadət qızının xoş əməlləriÖlümdən qurtarır saf eşqimizi…
Bir də dilimizdə "Vətən" sözü var,Ana qucağıdır bu ilahi söz…Onun nəfəsidir böyük arzular,Nə könül doymuşdur ondan, nə də göz.Vətən döşlərindən bizə süd verir,Həyat nemətidir bu şanlı torpaq.Qulaq as, gör anan nə öyüd verir:"Şərəflə, vüqarla yaşayın ancaq…"Vətən, öz eşqilə o doğma anaXeyir-dua verir qəhrəmanlara.Şəhid oğulları basıb bağrına,Matəm də saxlayır axan qanlara…Qadir yaranmışdır müqəddəs Vətən,O böyük hakimin verdiyi qərarPozulmaz zamanın xatirəsindən,Onun öz hökmü var, öz dünyası var!
"Zəfər" sözünün də vurğunuyam mən,Günəşdən ucadır onun bayrağı!Dönməz oğulların iradəsindənGəncləşir qocaman Vətən torpağı!Kimin ki, adına yazılmış "Zəfər",Öpüb qucaqlayır onu səadət.Müzəffər ordular vüqarla keçər!Ölümdür cahanda dilsiz itaət.Böyükdür "Zəfərin" çarpan ürəyi,Qolunda el nəbzi vurur hər zaman.Əssə də dövranın taun küləyi,Var olsun odlardan zəfərlə çıxan!Ucalsın, ey zəfər, qoy al bayrağın,Səninlə fəxr edir anamız Vətən.Sənsiz zəlil yaşar ana torpağım,İnsanın şöhrəti, şərəfi sənsən!Yaşasın Məhəbbət dediyim pəri!Yaşasın Səadət, o yaz səhəri!Yaşasın anamız müqəddəs Vətən!Oyansın səhərlər Zəfər səsindən!
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-dord-soz
Use ← → keys to move, R for a random poem
More by this author
Dostlar! Gəlin sizə bir-bir danışımMin bağın, bağçanın barı məndədir.
ŞadlıqBu gün qonaq düşdüm Kükəl kəndinə,Könlümün bülbülü dil açdı yenə.
Bizim gəncliyəBizim gənclik bəsləmişdir, böyütmüşdür aslanları.Bu gəncliyin gözlərindən oxuyuruq ilk baharı:
XəyalBir axşam dırmandım bir dağ başına,Vuruldum dünyanın bahar yaşına.
Poems by other poets · Homeland
Şairciklər yetişdiribFaciəsi Qarabağın;
سن وطندن ساری قلبین دویونورسه،مارالیم!وطنین ده مارالیندان ساری قلبی دویونور.
Qaranlıq üstümə enir daş təkiQaranlıq üstümə enir daş təki,Ulduzdan ulduza gözümə yol çəkir,
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin