Şairciklər yetişdiribFaciəsi Qarabağın;Bax bu da bir faciəsiBu millətin, bu torpağın..Nə əyri, nə düz bilənlər,Nə çox, nə də az bilənlər;Nə saz bilib aşıq olan,Nə söz bilib şair olanÇalmağında, yazmağındaEkran-ekran,Efir-efir,Qəzet-qəzet,İclas-iclas gəzməyəndə,İmlasında əlli qüsur,

Cümləsində əlli qələt,Bax budur ha gülünc, dəhşət...Şeir yazır ağıllısı-dəlisi də,Şair olub əlisi də, vəlisi də.Doğrudur ki,

Dərd adamı dilləndirər,Hansı sözü hədər deyibMüdrik ellər?!Dərd adamı düşündürərDaha dərin...Dərd başından aşmayıbmıDağdan ağır kişilərin?!Dərd adamı alim edər,Dərdə çarə yol axtarar;Dərd adamı düşməninəZalim edər,Həzrət Abbas qolları təkQılınc vuran qol axtarar!Şairciklər!Qarabağın partizanıGərək mənə!

Bəsdi, sürtük nəzmə çəkdizQarabağın rüzgarını!YığışdırınCızma-qara bazarını!Rahat qoyun şəhidlərin məzarını!Anaların göz yaşınaSu qatmayın,YaralarıNaşılıqla qanatmayın!..Şair olmaq olmaz - olmaz,Yox! bu kökdə, bu pərdədəHeç bir hava çalmaq olmaz,Yox! bu kökdə, bu pərdədəİlham başqa... fürsət başqa;Məqam başqa... sənət başqa.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland