İskəndərin anası
Oğlunun dəfn günü lap fəğan etdi ana,Gözündən göz yaşı yox, od tökdü qəbristana.Saçını çəngə-çəngə yoldu, yellərə qatdı.Qəzəbli fəryadilə yeri-göyü ağlatdı.Üsyan etdi allahın məsləhətsiz işinə,Üsyan etdi oğlunun əlində tir-tir əsən,Böyük məmləkətləriYarpaqtək bir-bir əsən
Dünyanın gərdişinə!İskəndəri kəbirin anasıydı bu ana.Elə gəldi ki, ona -Oğlu zarafat edir yer-göylə, kainatla,Qılıncıyla “sahmana saldığı” bu həyatla.Peyğəmbər alimlərin ağlını çaşdırır o.Yuxuyla həqiqəti qəsdən dolaşdırır o.İskəndərsiz yaşamaq fikrindədirmi bəşər?Sözsüz zarafat edir bu bəşərlə iskəndər.Min il bundan qabaq da,Min il bundan sonra daİkinci İskəndərin zühuruna nə güman?Uşağım yeganədir - kor deyil, görür cahan.Yox, mənim yeganəmi basdırmayın torpağa.İndicə silkələnib o qalxacaq ayağa.Fəqət adicə bir dəfn... adi torpaq, adi daş.İskəndərin anası toxtadı yavaş-yavaş,Başa düşdü ki, ölüm gədaya, şaha baxmır.Göz yaşına, fəryada, amana-aha baxmır.Ana naləsi sonsuz, ana qüssəsi dərin.Ana layla çalsa da qəbrinə İskəndərin,Oğlunun ölümüylə yenə də barışmadı.
Üsyan etdi, heç yerdə büzüşüb qırışmadı.Qaranlıq qanadını gərən kimi hər yana.İskəndərin anası gələrmiş qəbristana,Ağ, pərişan saçları dağılarmış zülmətə.Qışqırığı sükutu gətirərmiş dəhşətə.Qəbirlərdə sümüklər şıqqıldarmış səsindən,Sərdabələr uçarmış səsin vahiməsindən.Yerin-göyün qulağı tutularmış az qala:Qy İskəndər, hey...Ay İskəndər, huyy...Əks-səda verərmiş lap qəbirlər, huyy!Gün nədir, həftə nədir, sən danış ildən, aydan.Ulduzlar hərasanmış sübhəcən bu haraydan.Otlar, güllər, çiçəklər, quşlar gəlmişdi zara.Bu fəryad qoşulmuşdu dəryada dalğalara.Bayquşlar, yarasalar qorxub yerə sinirdi.Qocalar köks ötürür, körpələr diksinirdi.Az qalmışdı anadan allah eyləsin giley...Ay İskəndər, ay İskəndər, ay İskəndər, hey!Gündüz bilən yox idi ana necə olurdu.Ana harda qalırdı,O, gecədən gecəyə dəli şivən salırdı.
Gecələrin birində öz adətiylə anaYenə də gəlib çıxdı lal-dinməz qəbristana.Ay İskəndər, ay İskəndər, huyy!Ay İskəndər, heyy!Bircə göz qırpımında yarıldı min bir qəbir.-Ana, nədir?Hər qəbirdən bir igid qalxıb dedi:– Anacan!Hərasan edəcəksən bizləri haçanacan?Ömrümüzə vəfasız çıxdı ana qucağın,Dincələk qucağında barı ana torpağın.Fəda olardıq sənə, sağ olsaydıq əgər, sağ.Ruhumuz sənə qurban, bizləri rahat burax!Girib insan şəklinə qəbir daşları bir-birAnanın ayağına yıxılmaqçın yeridi.Ana bu vahimədən sanma donub dayandı.Gördüyünü ikrahla adi həqiqət sandı.– Karsınız? Eşitmirsiz, burda haçandan bəri.Çağırır, çağırıram mən ancaq İskəndəri.Teyiflər lap dövrəyə aldı ananı bu dəm.Teyiflər bir-bir dedi:
– Mən,– Mən,– Mən,-- Mən İskəndərəm.Ana qəhqəhə çəkir:– Siz! İskəndərBilsəydim ki, İskəndərMiqdarsızmış bu qədərBətnimin zülmətindəBoğardım İskəndəri.Heç doğardım İskəndəri?!Teyiflər gülümsəyir, anaya ibrətamiz;– Bəli, İskəndərik biz.– Gəl, yaxşı bax bu ucsuz-bucaqsız qəbristana.Neçə-neçə İskəndər gəlib-gedib cahana.Neçə-neçə İskəndər hələ gəlib-gedəcəkHər iskəndər özü də əvəzsiz, yeganə, tək...Fikir ver ulduzlara hesabı yox, sayı yox,Ancaq hər ulduzun da bərabəri, tayı yox.Həsrətdən çox, qürrədən od tutan dili qafil,Toxta ki, burda yatan tək sənin oğlun deyil.Ey fateh İskəndərin iddialı anası!
Sözüm yox, analar balasıyçın yanası.Ancaq sənin övladın demə ki, yeganədir.Yeganəlik söhbəti nağıldır, əfsanədir.Yeganəlik söhbəti bu yerdə lap hədədir,Bir bax, sərdabələrə - İskəndər nə qədərdir.Ana, möhtərəm ana!Ana, möhtəşəm ana!Rahat ol, innən belə.Qəbristan çevrəsindəDolanma gennən belə!Yoxa çıxdı teyiflər sükut sardı hər yanı.İskəndərin anası tərk etdi qəbristanı.
Aprel, 1976
Kitabxana.az · https://kitabxana.az/en/works/qabil-iskenderin-anasi
Use ← → keys to move, R for a random poem