Anam Suğraya ithaf edirəm

Gün keçir, zaman keçir, dövran çapır atını,Geriyə fırlanmayır saatın əqrəbləri.Lakin insan unutmur uşaqlıq həyatını,Bu, qanundur dünyada, dostum, əzəldən bəri.Xeyli vaxt bundan əvvəl, yadıma yaxşı gəlir,Yad etdikcə o günü bu gün ruhum yüksəlir.Bəli, gəlir yadıma:Ağ köynək tikdirmişdi anam mənim adıma,Geyindirdi o məni,İndi də unutmuram o əziz hədiyyəni.İpək köynək əynimdə axım-axım axırdı,Hər baxana xoş gəlir, dönüb bir də baxırdı.Bağımızın içində bir tut ağacı vardı,O, pirani babamdan bizə bir yadigardı.Mən bir gün səhər erkənGəlib ağaca sarı tut dərmək istəyirkən,Ayrılıb saplağından bir qara tut dənəsi

Düşdü ağ köynəyimə... anamın hədiyyəsiLəkələndi... gözümdən tezcə düşərək həmən,Kövrəldi incə qəlbim, mən ağladım o zaman.Anam söylədi: - quzum, ağlama için-için,Ləkəli köynəyini mən yuyaram səninçin!Göz bəbəyim, can balam, təki qəlbin saf olsun,Səma kimi buludsuz, su kimi şəffaf olsun!Gedər paltar ləkəsi, yuyular bircə anda,Yalnız ürək ləkəsi silinməz bu cahanda.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets