İnanmaq öz yerində...
Mən də vətəndaş kimi,Alışıb-yanmıram bəs?!Buna inanmıram bəs:Bir qarış torpağım da,Bir salxım üzümüm də,Bir atlas yarpağım da,Dərədəki moruğum,Zirvədəki qarım da,Xırda obalarım daÖzgənin olmayacaq,Düşmənə qalmayacaq.Fəqət, inanmaq azdır,Alışıb-yanmaq azdır,Deyingən qarılar təkGəzib-dolanmaq azdır...
Kitabxana.az · https://kitabxana.az/en/works/qabil-inanmaq-oz-yerinde
Use ← → keys to move, R for a random poem