Ağsan - ağ kimi görün,Qarasan - qara kimi,Sağsan - sağ kimi görün,Yarasan - yara kimi.

Ya “yox” söylə, ya da “hə”,Nəm-nümlə mızıldama.Gülüb, ya hönkürsənə!Elə hey sızıldama!

Acizsən, rəhm eyləyək,Gəlib yanaq halına.Zalimsən, qəhr eyləyək,Boyanasan alına.

Pələngsənsə nə’rə çək,Titrəyək yarpaq kimi.Pişiksənsə, əylənəkSəninlə uşaq kimi.

alovsan, yandır görüm,hisə vermə əlimi.Şaxtasan dondur görüm,qırovlama telimi.

Nə iynən var, nə ətrin,Nə gülsən, nə tikansan.Nə halən var, nə bədrin,Bomboz alatoransan.

Xəmir oldun, daş olma!Yoğrulub yapılmazsan.Daş oldun - yoldaş olma!Cərgədə tapılmazsan.

Qara da var, ağ da var,Yerində xoşdur hərə.Ancaq ki, ay adamlar,Dözmürəm dürənglərə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets