Vurğun göylər
Mənə elə gəlir vurulub göylərYerin cəlalına – bağçaya, bağa,Onunçün əzəldən bu günə qədərSəma heyran-heyran baxır torpağa.
Gecələr Ay ilə, ulduzlar ilə,Gündüzlər Günəşlə baxır göy yerə.Yayda atəş ilə, qışda qar iləO salam göndərir barlı çöllərə.
Məhəbbət belədir... Qırpmır gözünü,Qırpsa eşq atəşi sönər elə bil.O lal baxışlarla deyir sözünü,Məhəbbət belədir, sevgi belədir.
Kəsəri olarmı, özün söylə sən.Ömürlük saxlasan qılıncı qında?!Gəl nöqsan axtarma sənə zillənənGözümün əbədi açıqlığında.
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-vurgun-goyler
Use ← → keys to move, R for a random poem
More by this author
O, giləsiz gözlərində qorxu, təlaşDöyəcləyir ağacını qır səkiyə.
Qağayılar ağlayırdıO, səssiz ayrılıb yoldaşlarındanTanış xiyabanla sahilə gəldi.
İnsan yalnız bir dəfə gəlir dünya üzünəİnsan yalnız bir dəfə gəlir dünya üzünə,Yalnız bir yol baxırıq aya, ulduzlara biz.
Gecələr ay olmaq istəyirəm mənGecələr ay olmaq istəyirəm mən,Pərdəli-pərdəsiz pəncərələrdən
Poems by other poets · Love
Yeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
Sözün şöhrətiQanadlan hüsni-eşq ilə! Məkanın asimanlardır;Gül üzlü bir səhərsən ki qucağında bahar vardır.
Bir tuluq“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**