Gecələr ay olmaq istəyirəm mən
Gecələr ay olmaq istəyirəm mən,Pərdəli-pərdəsiz pəncərələrdənDolmaq istəyirəm neçə otağa.Mən neçə süfrəyə, neçə çırağaBaxmaq istəyirəm hamıdan pünhanSəma tağlarının ucalığından.
Gecələr ay olmaq istəyirəm mən...Şirin laylaları ana dilindən,Ana dodağından eşidim deyə.Mən ağlı-qaralı neçə taleyəBaxmaq istəyirəm ağarınca danSəma tağlarının ucalığından.
Gecələr ay olmaq istəyirəm mən...Bir günlük işindən qayıdıb gələnQabarlı əlləri öpmək eşqinə.Yorğun röyaların şirinliyinəKeşik çəkmək üçün sakit, mehribanSəma tağlarının ucalığından.
Gecələr ay olmaq istəyirəm mən...Sevən ürəklərin məhəbbətindənSəma ucalıqda pay almaq üçün,Ən yüksək qübbəyə ucalmaq üçün...Ordan nur səpərəm mən incə-incəBu ana torpağa dan sökülüncə.
Nahaq yaranmayıb bu arzu məndəBəzən gecələrin sakitliyindəİnsan öz qəlbiylə edir həsb-hal,Keçir ürəyindən min arzu, xəyal.Bununcün ayrılıb öz xislətimdənGecələr ay olmaq istəyirəm mən.
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-geceler-ay-olmaq-isteyirem-men
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bu, nəti-rəsuli-müctəbadur**Ey şahi-bəlavü izzü təkrim,
Həvayi-eşq ilə doldur könül kaşanəsin, yarəbHəvayi-eşq ilə doldur könül kaşanəsin, yarəb,Qəmi-eşq ilə təmir et bu qəm viranəsin, yarəb!
AğlamaNə sevda tapıbsan, divanə könlüm?Əlbət gedənlərin gələr, ağlama.
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,